ABŞ KXDR-ə qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu açıqladı

 23:31 31.07.2023     203

Vaşinqton Şimali Koreyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etməkdən çəkinməyəcək.

Redaktor.az "interfaks"a istinadla xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller Pxenyan və Moskva arasında təmasları şərh edərkən bildirib.

“Biz məhdudlaşdırıcı tədbirlər tələb edən hərəkətlər və ya faktlar aşkar etdikdə Şimali Koreya və Şimali Koreya təşkilatlarına qarşı sanksiyalar tətbiq etməkdən heç vaxt çəkinmədik”, - deyə Miller deyib.

“Biz həmçinin Rusiyaya hərbi sahədə yardım edən hüquqi şəxslərə qarşı da sanksiyalar tətbiq etdik. Və lazım gələrsə, gələcəkdə də bunu etməkdən çəkinməyəcəyik", - o əlavə edib.

Həmidə İBRAHİMLİ