BMT-dən Moskvaya PUA hücumlarına reaksiya

 23:47 31.07.2023     241

BMT mülki hədəflərə pilotsuz təyyarələrin hücumlarını tənqid edib.

Redaktor.az "Lenta.ru"a istinadla xəbər verir ki, bunu iyulun 30-da Moskvada Ukrayna PUA-larının endirdiyi zərbələri şərh edən BMT baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Haq deyib.

“Hücuma kimin cavabdeh olduğu barədə birinci əldən məlumatımız yoxdur. Amma təbii ki, biz mülki obyektlərə hər hansı hücuma qarşıyıq və onların dayandırılmasını istəyirik”, - deyə o bildirib.

Xatırladaq ki, iyulun 30-da səhər tezdən Ukraynaya məxsus pilotsuz uçan aparat Moskva Siti qülləsini vurub. Hücumla bağlı məlumatı paytaxt meri Sergey Sobyanin də təsdiqləyib və o, ciddi dağıntının olmadığını bildirib.

Həmidə İBRAHİMLİ