İstanbulda 8,5 ton narkotik ələ keçirilib

 09:46 01.08.2023     197

Türkiyənin İstanbul şəhərinin rəsmiləri 2023-cü il yanvarın 1-dən etibarən polis qruplarının şəhər daxilində təşkil etdiyi 24 min 539 narkotik əməliyyatında ümumilikdə 8,5 ton narkotik maddə və 2,5 milyondan çox narkotik həb ələ keçirildiyini açıqlayıb. 

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi tərəfindən həyata keçirilən əməliyyatlarda 29 min 596 saxlanılan şübhəlidən 3 min 251-i tutularaq həbsxanaya göndərilib.

Qeyd olunub ki, bu əməliyyatlar davamlı olaraq keçiriləcək.

Humay İSGƏNDƏRLİ