İranda isti hava ilə əlaqədar tətil elan edildi

 11:26 01.08.2023     253

İranda isti hava ilə əlaqədar həftənin çərşənbə və cümə axşamı günləri bütün ölkə üzrə tətil elan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə hökumət sözçüsü Bəhadri Cəhormi məlumat verib.

Onun sözlərinə görə, son günlərdə şiddətli istiləri nəzərə alaraq hökumət vətəndaşların sağlamlığının qorunması məqsədilə Səhiyyə Nazirliyinin bütün ölkədə çərşənbə və cümə axşamı günlərinin tətil edilməsi təklifini qəbul edib.