Türkiyənin bu kurort bölgəsində çimərliklər bağlandı

 12:26 01.08.2023     209

İstanbulun şimal-şərqində yerləşən Şile kurort zonasında bütün çimərliklər bağlanıb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Şile polisində olan mənbə açıqlayıb. 

Məlumata görə, buna səbəb ərazidə çox sayda partlamamış sursatın aşkar olunmasından sonra araşdırmanın davam etdirilməsidir.

“Hazırda Şiledə bütün çimərliklər bağlıdır. Çimərliklərin nə zaman açılacağı məlum deyil. Mütəxəssislər ərazidə araşdırmaları davam etdirir. Burada həm köhnə, həm də nisbətən yeni minalar aşkar olunub”, - deyə mənbə qeyd edib. 

O, partlamamış sursatların sayının çox ola biləcəyini istisna etməyib. 

Qeyd edək ki, iyulun 28-i Şile şəhəri yaxınlığında Sofular çimərliyində dənizdə minalar aşkar olunub. Dalğıclar hələ ki sudan 8 mina çıxara bilib. Sofular çimərliyində azı 28 partlamamış sursatın tapıldığı məlumdur.