“Su-30”-lar dövlət büdcəsi hesabına alınmayıb - Ermənistanın sabiq müdafiə naziri

 15:00 01.08.2023     224

Ermənistan ordusu üçün Rusiya istehsalı “Su-30” döyüş təyyarələri dövlət büdcəsi hesabına almayıb.

Redaktor.az xəbər verir ki, bunu ölkənin sabiq müdafiə naziri David Tonoyan 44 günlük müharibəni araşdıran komissiyanın Ermənistan parlamentində bu gün keçirilən iclasında izahat verən zaman deyib.

“Rusiyanın “Su-30” təyyarələri Ermənistan dövlət büdcəsi hesabına alınmayıb. Həmin təyyarələr hökumətin tədbirlər proqramı çərçivəsində alınıb və onlara sərf olunan vəsaitin mənbəyi kimi qanunla qadağan olunmayan digər mənbələr göstərilib”, - Tonoyan bildirib.

Sabiq nazir həmçinin qeyd edib ki, həmin mənbələri ictimaiyyətə açıqlaya bilməz və bu haqda məlumat yalnız qapalı iclas zamanı verilə bilər.

Tonoyan onu da əlavə edib ki, qırıcı təyyarələrin sayına görə Ermənistan ordusu Azərbaycanla müqayisədə sıfır səviyyəsində idi.