ABŞ Macarıstan vətəndaşlarına səyahət məhdudiyyəti qoydu

 15:09 01.08.2023     224

Vaşinqton bu gündən Macarıstan vətəndaşlarına qarşı səyahət məhdudiyyətləri tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nın Budapeşt səfirliyi məlumat yayıb.

Məlumata görə, artıq Macarıstan vətəndaşları üçün ABŞ-yə səyahət icazəsi artıq bir il müddətinə etibarlıdır və yalnız bir dəfə istifadə oluna bilər.

Məhdudiyyətin bu gündən veriləcək icazələrə şamil olunacağı, 1 avqust 2023-cü ilədək verilən bütün icazələrin isə iki il müddətinə qüvvədə qalacağı və dəfələrlə istifadə oluna biləcəyi qeyd olunur.

Vaşinqtonun narahatlığının səbəbi olaraq 2011-2020-ci illər ərzində Macarıstanın sadələşdirilmiş naturalizasiya prosesi çərçivəsində "şəxsiyyətin yoxlanılması üçün lazımi təhlükəsizlik tədbirləri görmədən" təqribən bir milyon nəfərə vətəndaşlıq verdiyi göstərilir.

Budapeşt təhlükəsizlik sahəsində müvafiq problemləri həll edənədək viza məhdudiyyətlərinin qüvvədə qalacağı qeyd olunub.