Rusiyadan Kiyevdə "Vətən" abidəsindən SSRİ gerbinin götürülməsinə REAKSİYA

 18:48 01.08.2023     269

Kiyevdəki “Vətən” abidəsindən sovet gerbinin sökülməsi tarixi keçmişin unudulmasına doğru bir addımdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova öz Telegram kanalında yazıb.

Bundan əvvəl Ukrayna KİV-i Kiyevdəki “Vətən” abidəsinin sipərindən sovet gerbinin tamamilə söküldüyü barədə məlumat yayıb. Mədəniyyət naziri Rostislav Karandeyev bildirib ki, gerb İkinci Dünya Müharibəsi Ukrayna Tarixi Muzeyində saxlanacaq.

"Kiyev hakimiyyəti Vətən abidəsindən sovet gerbinin sökülməsini başa çatdırıb. Bu, tarixi keçmişin unudulması istiqamətində daha bir addımdır, onsuz gələcək yoxdur", - Ombudsman hesab edir.

O, SSRİ-nin tərkibinə daxil olduğu dövrdə Ukraynanın güclü iqtisadi və mədəni inkişaf əldə etdiyini, Böyük Vətən Müharibəsi illərində isə milyonlarla sovet ukraynalısının faşizmə qarşı mübarizədə canından keçdiyini qeyd edib. "Bu gün hər şey edilir ki, heç nə onların övladlarına, nəvələrinə və nəticələrinə qəhrəman əcdadlarını xatırlatmasın. Tarixi yaddaş hüququ sivilizasiyanın formalaşmasında və inkişafında əsas məsələdir. Onun mənəvi nüvəsidir. Ukraynanın tarixi keçmişinin simvollarının sökülməsi bu təməli məhv edir”, - Moskalkova deyib.

Turan İSMAYIL