Britaniya müsəlmanlarının bank hesabları niyə bağlanır?

 19:03 01.08.2023     284

Britaniya Müsəlman Şurası bankları ayrı-seçkilikdə və müsəlmanların hesablarını qanunsuz olaraq bağlamaqda ittiham edib.

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, Böyük Britaniya Müsəlmanları Şurası baş nazirə, Maliyyə Nazirliyinə, müxalifət partiyalarının liderlərinə və Xəzinədarlıq Daimi Katibinə məktub göndərərək, müsəlmanlara və müsəlman təşkilatlarına məxsus bank hesablarının özbaşına bağlanmasından dərin narahatlığını ifadə edib.

Təşkilat qeyd edir ki, hesabların qeyri-qanuni bağlanması ilə bağlı vəziyyət bir neçə ildir ki, davam edir, Britaniya müsəlmanları isə hesabın bağlanma səbəbləri ilə bağlı maliyyə qurumlarından cavab ala bilmirlər.

Turan İSMAYIL