"Varşava ilə Kiyev arasında münasibətlər qurdla qoyunun dostluğuna bənzəyir" - Zaxarova

 19:19 01.08.2023     299

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova şəxsi Teleqram kanalında Polşa səfiri Bartoş Çiçokkinin nazirin Kiyevin nankorluğu ilə bağlı sözlərindən sonra Ukrayna Xarici İşlər Nazirliyinə çağırılması xəbərini şərh edib.

Redaktor.az "Komsomolskaya pravda"ya istinadla xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Varşava ilə Kiyev arasında münasibətlər qurdla qoyunun dostluğuna bənzəyir.

“Bilirsən, bu, qoyuna deyən canavar kimidir: sən başa düşəcəksən ki, bütün sürüdən səni nahar üçün seçmişəm. Və sonra qoyunlar pis də olsa, bunun iki nəfərlik şam yeməyi olmayacağını təxmin etməyə başladılar”, - diplomat yazıb.

Zaxarova əlavə edib ki, Kiyevin mərkəzindəki Bankova küçəsində Polşadan olan həmkarları qeyri-müəyyən şəkildə nəyinsə səhv olduğundan şübhələnməyə başlayıblar. "Ukraynanın qərb hissəsi qonşunun mehriban qucağında boğula bilər", - Zaxarova yekunlaşdırıb.

Xatırladaq ki, iyulun 31-də Polşa naziri Marçin Pşidaç yerli televiziya ilə çıxış edərək, Ukraynanın Polşanın onun üçün etdiklərini qiymətləndirməyə başlamasının vaxtı çatdığını bildirib. Bundan sonra Polşanın Ukraynadakı səfiri Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

Turan İSMAYIL