Türkiyədə 5 bal gücündə zəlzələ oldu
Türkiyənin mərkəzində 5 bal gücündə zəlzələ baş verib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin episentri Konya vilayətində 7 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bundan əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bu əyalətdə 4,9 bal gücündə zəlzələ barədə məlumat verib.
Turan İSMAYIL