"Vaqner" Polşaya hücum edə bilər? - Ağ Evdən AÇIQLAMA

 19:49 01.08.2023     279

Birləşmiş Ştatlar Polşanın və digər NATO üzvlərinin təhlükəsizliyinə rus "Vaqner" xüsusi hərbi şirkəti tərəfindən heç bir təhlükə görmür.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən növbəti onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Biz Vaqnerin Polşaya və ya digər NATO müttəfiqlərimizə qarşı hər hansı konkret təhdidindən xəbərsizik. Və təbii ki, biz bunu diqqətlə izləyirik", - Ağ Evin sözçüsü bildirib.

Turan İSMAYIL