Polis iti iki çamadan pul tapdı

 19:56 01.08.2023     280

İtaliya Maliyyə Qvardiyasının iti ölkə daxilində tranzit keçirməyə çalışdıqları pul olan iki çamadan tapıb.

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, şübhəli çamadanlar Florensiya ətrafında tapılıb. Maliyyə Qvardiyasının əməkdaşları Elio adlı labradorla birlikdə baqajı yoxlayıblar. Növbəti baqajı yoxlayan zaman it həyəcanlanıb və iki şübhəli çamadanı göstərib.

Axtarış zamanı onların içərisindən 50, 20 və 10 avroluq əskinaslar aşkar edilib. Çamadanların sahibi, Siciliyada yaşamaq icazəsi olan Çin əsilli qız pulun mənşəyini izah edə bilməyib və baqajla birlikdə saxlanılıb.

Florensiya prokurorluğu qeyri-qanuni gəlirlərin yuyulması maddələri, habelə cinayət yolu ilə əldə edilmiş əmlakın əldə edilməsi ilə bağlı iş açıb.

Turan İSMAYIL