Türkiyədə İsveç konsulluğuna silahlı hücum oldu - yaralanan var

 20:05 01.08.2023     240

Türkiyənin İzmir şəhərində İsveç konsulluğunun binasına silahlı basqın olub.

Redaktor.az NTV kanalına istinadla xəbər verir ki, İsveç konsulluğunda işləyən Türkiyə vətəndaşı İzmirdəki konsulluğun binasına silahlı basqın nəticəsində yaralanıb.

İlkin məlumatlara görə, hücumu vizalarla bağlı vəziyyətdən narazı olan Suriya vətəndaşı həyata keçirib.

Daha sonra telekanal hücumçunun Suriya vətəndaşlığı ilə bağlı qeydini xəbərlərdən çıxarıb.

İzmir vilayətinin rəhbərliyi hücum edənin əqli qüsurlu bir vətəndaş olduğunu, yaralanan diplomatik nümayəndəliyin əməkdaşının isə xəstəxanaya yerləşdirildiyini bildirib. Şübhəli şəxs saxlanılıb, silahı götürülüb, barəsində məhkəmə-tibb ekspertizasına başlanılıb.

Turan İSMAYIL