"Müharibə ölkələr arasında mübahisəli məsələlərin həlli vasitəsi deyil" - Şahbaz Şərif

 20:19 01.08.2023     239

Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanla ikitərəfli münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlara başlamağa hazır olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, "Dawn" qəzeti baş nazirin sözlərindən sitat gətirib: "Onların münasibətlərində ciddi məsələlər mənalı sülh danışıqları yolu ilə həll olunmasa, iki ölkə normal qonşu ola bilməz".

Şərif bildirib ki, müharibə ölkələr arasında mübahisəli məsələlərin həlli vasitəsi deyil. "Biz heç kimə qarşı düşmənçilik hiss etmirik. Özümüzə baxmalı, dövlətimizi və qonşumuzla münasibətlərimizi qurmalıyıq. Problemlərimizə rəğbət bəslədiyi və təcili məsələləri ciddi şəkildə müzakirə etmək əzmində olduğu bir şərtlə, onunla danışmağa hazırıq. Çünki müharibə artıq onları həll yolu deyil" - o, deyib.

Baş nazir vurğulayıb ki, Pakistanın kütləvi qırğın silahları var, lakin ölkənin müdafiə məqsədi ilə nüvə arsenalına ehtiyacı var. Pakistanın 75 illik mövcudluğu ərzində üç müharibədə iştirak etdiyini xatırladan Şərif deyib ki, onlar “daha ​​çox yoxsulluğa, işsizliyə və təhsil, səhiyyə və xalqın rifahını maliyyələşdirmək üçün resursların çatışmazlığına gətirib çıxarıb".

Turan İSMAYIL