BMT Moskvaya PUA hücumlarına son qoymağa çağırdı

 20:34 01.08.2023     264

Moskvaya pilotsuz təyyarələrin (PUA) hücumu dayandırılmalıdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Təşkilatının baş katibinin sözçünün müavini Fərhan Haq brifinqdə bildirib.

"Bizim birinci əldən məlumatımız yoxdur, lakin biz mülki obyektlərə hər hansı hücuma qarşıyıq, harada baş versələr də. Əgər bunlar Moskvadakı mülki binalardırsa, biz hücumlara qarşıyıq və onların dayandırılmasını istəyirik", - deyə o, bildirib.

Qeyd edək ki, son zamanlar Rusiya paytaxtına Ukrayna tərəfindən PUA hücumları baş verir.

Turan İSMAYIL