İsveç konsulluğuna hücum edən şəxsin psixi vəziyyəti AÇIQLANDI
Türkiyənin qərbindəki İsveç konsulluğuna hücum edən şəxsin əqli cəhətdən yaxşı olmadığı ortaya çıxıb.
Bu barədə Redaktor.az “Tass”a istinadən xəbər verir.
“Avqustun 1-də Konak rayonunda psixi durumu yaxşı olmayan şəxsin silahlı hücumu nəticəsində vətəndaşımız xəsarət alıb. Təcavüzkar cinayət silahı ilə nəzarətə alınıb, istintaq başladılıb", - İzmir valiliyindən verilən açıqlamada deyilir.
Xatırladaq ki, İzmir şəhərində İsveç konsulluğuna silahlı hücum zamanı konsulluğun türkiyəli işçisi yaralanıb.
Yusif EYVAZLI