Şəhərin mərkəzində tank əleyhinə mina tapıldı

 20:52 01.08.2023     248

Rusiyanın Krasnodar şəhərinin mərkəzi küçəsində tank əleyhinə mina aşkar edilib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Qvardiyasının region üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Krasnaya küçəsində sursata bənzər korroziya izləri olan obyektin aşkarlanması ilə bağlı məlumat Rusiya Qvardiyasının regional idarəsinə daxil olub. Hadisə yerinə gələn partlayıcı texniki mütəxəssislər tank əleyhinə təlim minasının tapıldığını müəyyən ediblər”.

Qeyd olunur ki, mina heç bir təhlükə yaratmır. Təlim sursatları polisə təhvil verilib.

Turan İSMAYIL