Türkmənistan aviaşirkəti Moskvaya uçuşları dayandırdı

 21:05 01.08.2023     360

“Türkmənistan” aviaşirkəti bu gün, avqustun 1-də Aşqabaddan Moskvaya uçuşları dayandırıb. Bu, təhlükəsizlik riskləri ilə bağlıdır.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə aviaşirkətin bəyanatında deyilir.

Qeyd olunur ki, aviaşirkət bu qərarı qəbul edərkən Rusiya Federasiyasının Moskva hava zonasındakı hava şəraitinə, eləcə də uçuşların təhlükəsizliyini təmin etmək üçün risklərin qiymətləndirilməsinə əsaslanıb.

"2023-cü il avqustun 1-dən etibarən Türkmənistan Hava Yollarının Aşqabad-Moskva-Aşqabad istiqamətində reyslər həyata keçirən bütün reysləri dayandırılacaq", - aviaşirkətin açıqlamasında bildirilir.

Reyslər Aşqabad - Kazan - Aşqabad marşrutu üzrə həyata keçiriləcək.

Turan İSMAYIL