Britaniyanın baş naziri pivə festivalında ələ salındı

 21:32 01.08.2023     291

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Londonda keçirilən pivə festivalında ictimaiyyət qarşısında ələ salınıb.

Bu barədə Redaktor.az “Lenta.ru”ya istinadən xəbər verir.

Qeyd olunur ki, baş nazir alkoqollu məmulatların aksiz vergilərinin dəyişdirilməsi ilə bağlı yeni qanunun təbliği ilə bağlı tədbirdə iştirak edib. Avqustun 1-dən verginin məbləği içkinin tərkibindəki alkoqolun həcm hissəsindən asılı olacaq ki, bu da güclü alkoqolun qiymətlərinin artmasına və müvafiq olaraq aşağı alkoqollu içkilərin ucuzlaşmasına səbəb olacaq.

Bu zaman festivala gələnlərdən biri Sunakın piar xatirinə gəldiyini səsləndirib. "Baş nazir, öz pivəni tökdüyün gün alkoqolun aksiz vergisini qaldırmağınız necə də ironikdir", - deyə camaat arasından bir kişi qışqırıb.

Yusif  EYVAZLI