Ukrayna səfiri Polşa XİN-ə ÇAĞIRILDI
Polşa Xarici İşlər Nazirliyi (XİN) Kiyevin bəyanatlarına cavab olaraq Ukraynanın respublikadakı səfiri Vasili Zvariçi çağırıb.
Redaktor.az “Lenta.ru” ya istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi tviter hesabında məlumat yayıb.
Diplomatın çağırılmasına səbəb kimi “Ukrayna hakimiyyətinin bəyanatları” göstərilir. Digər təfərrüatlar verilmir.
Bundan əvvəl, Polşanın səfiri Bartoş Çiçokki Ukrayna XİN-ə çağırılmışdı.
Yusif EYVAZLI