Daha bir ölkədə güclü zəlzələ oldu

 21:39 01.08.2023     429

Eritreyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakətin episentri təxminən 563 min insanın yaşadığı Əsməra şəhərindən 57 km şərqdə yerləşib. Mənbə 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, bu gün Türkiyənin Konya şəhərində də 5 bal gücündə zəlzələ baş verib.

Turan İSMAYIL