Polşa Belarusla sərhədə daha çox əsgər və helikopter göndərəcək

 22:54 01.08.2023     234

Polşa Müdafiə Nazirliyi Belarus helikopterlərinin ölkənin hava sərhədlərini pozmasından sonra Belarusla sərhədə daha çox qoşun və döyüş helikopterləri göndərmək qərarına gəlib.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Polşa hərbi idarəsinin saytında yerləşdirilən məlumatda deyilir.

"Milli müdafiə naziri, Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Mariuş Blaşçak sərhəddə əsgərlərin sayının artırılması və əlavə qüvvə və vasitələrin, o cümlədən döyüş helikopterlərinin ayrılması barədə göstəriş verib", - deyə mətndə deyilir.

Məlumata görə, Polşa tərəfi insidentlə bağlı NATO-ya məlumat verib.

Həmidə İBRAHİMLİ