İspaniyada yaşayış binasında qaz partladı - 1 ölü, çox sayda yaralı var

 10:24 02.08.2023     215

İspaniyanın şimal-qərbində yerləşən Valyadolid şəhərində yaşayış binasında qaz partlayışı və güclü yanğın bir qadının ölümünə, daha 14 nəfərin yaralanmasına səbəb olub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, onlardan 10-u xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, hadisə gecə yerli vaxtla 22:30 (Bakı vaxtı ilə 00:30) radələrində dördmərtəbəli yaşayış binasında baş verib. Partlayışdan sonra yanğın başlayıb. "Alov binanın ən yuxarı hissəsinə çatıb", - yanğınsöndürənlər bildiriblər.

Hüquq-mühafizə orqanları yerli sakinləri mümkünsə hadisə yerinə getməməyə, həkimlərin və evə çadır, adyal, generator və işıqlandırma avadanlığı aparan təcili yardım bölməsinin işinə mane olmamağa çağırıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Turan İSMAYIL