Polşaya keçən ukraynalıların sayı 14 milyonu ötüb

 10:49 02.08.2023     216

Dünən Ukraynadan Polşaya 30 min 800 nəfərin daxil olduğu bildirilib.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bu yana Ukraynadan Polşaya gedənlərin sayı 14 milyon 182 minə çatıb.

Polşa hakimiyyətinin verdiyi açıqlamalara görə, ölkədə təxminən 2 milyon ukraynalı yaşayır. Polşadan gedən ukraynalı sayı isə 12 milyon 399 mindir.

Humay İSGƏNDƏRLİ