Ermənistan məhkəməsi David Tonoyanın həbs qərarını dəyişmədi

 13:36 02.08.2023     225

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbsdə qalacaq.

Redaktor.az Ali Məhkəmə Şurasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi işi yeni istintaqa göndərsə də, həbs qətimkan tədbiri dəyişməz qalıb.

Silah alverçisi David Qalstyanın (Patron Davo) yenidən həbsinə gəlincə, qərar ittiham tərəfinin məhkəməyə yeni faktlar təqdim etməsi ilə bağlıdır. Müəyyən olunub ki, o, azadlıqda olarkən cinayət işinin iştirakçılarına qanunsuz təsir göstərməklə istintaqa mane olmağa çalışıb.

Xatırladaq ki, David Tonoyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın müdafiə naziri olub.