İranda güclü yanğın - 2 nəfər yaralandı

 16:14 02.08.2023     200

İranın Lorestan vilayətinin Durud şəhərində güclü yanğın baş verib.

Redaktor.az
xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Durud yanğınsöndürmə rəisi bildirib ki, Göhər Neft Emalı Şirkətində baş verən yanğının ölçüsü çox böyükdür və yanğının söndürülməsi istiqəmətində işlər hələ də davam edir.

Ətraf şəhərlərdən 16 yanğınsöndürən maşın hadisə yerinə cəlb olunub.

İndiyə olan məlumata görə, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.