70 milyon avro dəyərində kokain daşıyan yelkənli qayıq ələ keçirildi
İspaniyanın hüquq-mühafizə orqanları Santander sahillərində göyərtəsində iki ton kokain olan yelkənli qayığın qarşısını alıblar.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə krallığın mülki qvardiyasının press-relizində deyilir.
Bildirilib ki, gəmi Böyük Britaniya bayrağı altında üzüb. Müsadirə edilən narkotik vasitələrin qara bazarda dəyəri 70 milyon avroya çata bilər. Əməliyyat Böyük Britaniyanın hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib.
Kokainin İspaniya sahillərinə Cənubi Amerikadan gəldiyi güman edilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları yelkənli qayığın ekipajının dörd üzvünü, o cümlədən iki Venesuela, bir Kolumbiya, bir Pireney vətəndaşını saxlayıb.
Turan İSMAYIL