Putin Kadırovun anasını “Şərəf” ordeni ilə təltif etdi

 17:46 02.08.2023     259

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırovanı “Şərəf” ordeni ilə təltif edib.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, aktiv ictimai fəaliyyətə görə ordenlə təltif edilmə haqda fərman ötən ilin 20 oktyabrında imzalanıb.