Almaniyada ABŞ əsgəri həlak oldu

 18:00 02.08.2023     235

Almaniyada magistral yolda hərbi karvanın tərkibində hərəkət edən "Stryker" zirehli transportyorunun lyukundan bayıra çıxan amerikalı əsgər yük maşınının qəzaya uğraması nəticəsində həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə "stripes.com" yerli polisə istinadən yazır.

Polisin məlumatına görə, Vayden yaxınlığında A93-də olan yük maşını sürücüsü vaxtında hərəkət zolağı dəyişdirə bilməyib və bu, konvoyun tərkibində hərəkət edən Amerikanın "Stryker" zirehli transportyoru ilə yandan toqquşmasına səbəb olub. Bu zaman 24 yaşlı ABŞ ordusunun əsgəri həlak olub.

Vayden polisinin sözçüsü Yurgen Harvardt bildirib ki, ağır yaralını yaxınlıqdakı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Eyni zamanda, hüquq-mühafizə orqanlarının nümayəndələri toqquşma zamanı əsgərin dəbilqə geyinib-keçmədiyini açıqlamayıb, yük maşınının sürücüsü və digər hərbçilərin xəsarət alması barədə məlumat yoxdur.

Turan İSMAYIL