Britaniya Rusiyaya yeni səfir təyin etdi

 18:37 02.08.2023     223

Böyük Britaniya Rusiyadakı səfirini dəyişdiyini elan edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, diplomat Naycel Keysi noyabr ayından bu vəzifəyə keçəcək.

Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Nigel Keysi başqa diplomatik vəzifəyə təyin ediləcək Debora Bronnertin yerinə Əlahəzrətin Rusiya Federasiyasındakı səfiri təyin edilib. Keysi 2023-cü ilin noyabrında vəzifəsinin icrasına başlayacaq" - açıqlamada deyilir.

Turan İSMAYIL