Yaponiya Ukraynaya əlavə dəstək verəcək

 19:21 02.08.2023     215

Yaponiya hökuməti Ukraynaya, o cümlədən mənzil sektorunda əlavə dəstək verməyə hazırdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə ölkənin maliyyə nazirinin müavini Masato Kando Kiyevdə Ukraynanın maliyyə naziri Serhi Marçenko ilə apardığı danışıqların yekunlarına əsasən bildirib.

“Yaponiya lazım olduğu təqdirdə Ukraynanı dəstəkləməyə davam edəcək”, - deyən nazir vurğulayıb ki, Yaponiya Dünya Bankı vasitəsilə Ukraynanın infrastrukturunun bərpası üçün Ukrayna tərəfinə əlavə yardım göstərməyə hazırdır.

Qeyd edək ki, Yaponiya hökuməti indiyədək Ukraynaya ümumilikdə 7,6 milyard dollar dəyərində humanitar, ərzaq, maliyyə və digər yardım növləri göstərib.

Turan İSMAYIL