Pakistanda terror aktında ölənlərin sayı daha da artdı

 19:47 02.08.2023     291

Bazar günü kamikadzenin törətdiyi partlayışda ağır yaralanan daha 7 nəfər Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində xəstəxanalarda ölüb. Bununla da terror aktı qurbanlarının ümumi sayı 63 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, “The Express Tribune” qəzetinin məlumatına görə, Əfqanıstanla sərhəddə yerləşən Bacaur bölgəsində törədilən terror aktının qurbanlarından 123 nəfəri vilayətin tibb müəssisələrində müalicə olunur.

Pakistan Federal Təhqiqatlar Bürosunun məlumatına görə, hakim koalisiyaya daxil olan “Camiat Ulema-e-Isam-Fazl” (İslam Alimləri Məclisi) partiyasının konqresində baş verən terror aktında 10 kq trotildən istifadə edilib. Partlayış 400 partiya fəalı tədbirin keçirildiyi zalda olarkən baş verib. Partiyanın baş katibi Xar Ziaullah da daxil olmaqla 40-dan çox adam hadisə yerində ölüb.

Pakistanın baş naziri Şahbaz Şərif cavabdehlərin tapılması üçün təhqiqata başlanılmasını əmr edib. Hücum Əfqanıstan, İran, Səudiyyə Ərəbistanı, ABŞ və Türkiyə tərəfindən pislənib.

Turan İSMAYIL