Gürcüstan Rusiyaya ABŞ və Avropa avtomobillərinin tədarükünü dayandırdı
Avqustun 1-dən Gürcüstan hakimiyyəti ABŞ istehsalı olan avtomobillərin Rusiya Federasiyasına ixracına və təkrar ixracına məhdudiyyətlər qoyub.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a ölkənin Maliyyə Nazirliyinin gəlirlər xidmətindən məlumat verilib.
“Avqustun 1-dən Gürcüstana ABŞ-dan gətirilən avtomobillərin ixracına/təkrar ixracına, sentyabrın 26-dan isə Avropadan gətirilən avtomobillərə məhdudiyyətlər tətbiq ediləcək" - nazirliyin mətbuat xidmətindən bildirilib.
Gürcüstanın Milli Statistika Xidmətinin daha əvvəl verdiyi məlumata görə, yanvar-iyun aylarında respublika Rusiya Federasiyasına ümumi dəyəri 52 milyon dollardan çox olan 3,7 mindən çox avtomobil ixrac edib.
Qeyd edək ki, Avropa İttifaqı 11-ci sanksiyalar paketi çərçivəsində Rusiyaya mühərrikinin həcmi 1,9 litrdən çox olan yeni və işlənmiş avtomobillərin, eləcə də elektromobillərin və hibridlərin tədarükünə qadağa qoyub.
Turan İSMAYIL