Rusiya və İran vizasız qrup səfərlərinə BAŞLADI

 21:18 02.08.2023     376

Avqustun 1-dən Rusiya və İran arasında vizasız səfərlərə start verilib. 

Redaktor.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali məlumat yayıb. 

“Avqustun 1-dən qrup turist səfərlərinə start verilməlidir. Elə turizm agentlikləri var ki, onlar həm İranda, həm də Rusiyada nüfuzlu sayılırlar. Bu şirkətlər sadəcə turistləri viza vermədən qrup halında Rusiya və İrana aparırlar”, - deyə diplomat izah edib.

Yusif  EYVAZLI