Zelenski ukraynalı pilotların F-16-da təlimlərə nə vaxt başlayacağını AÇIQLADI

 20:31 02.08.2023     220

Ukraynalı pilotlar F-16 qırıcıları üzərində təlimi avqustda başlayacaq.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, bu gün bu model qırıcıları olan bütün dövlətlərlə 100% işləmək lazımdır və ukraynalı pilotlar təlim keçdikdən sonra F-16-ları Kiyevə ötürə biləcəklər.

“Və bu, güclü, çətin bir işdir. F-16-nın pilotlarımız tərəfindən çatdırılması və döyüş istifadəsi mümkün qədər tez həyata keçirilməlidir”, - Zelenski bildirib.

Turan İSMAYIL