Peskov Putin-Ərdoğan görüşündə müzakirə olunacaq məsələləri AÇIQLADI

 21:42 02.08.2023     270

Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan görüşün yeri və tarixi ilə bağlı yaxın vaxtlarda qərar qəbul etmək barədə razılığa gəliblər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında deyib.

Kreml sözçüsü bildirib ki, Putin və Ərdoğan telefonla Azov yaraqlılarının köçürülməsini müzakirə etməyiblər. 
"Putin və Ərdoğan birincisi, bu görüşün harada keçiriləcəyi, ikincisi, vaxtı barədə yaxın gələcəkdə dəqiq qərar vermək barədə razılığa gəliblər. Bütün bunlar diplomatik kanallar vasitəsilə həyata keçiriləcək", - Peskov bildirib.

Mətbuat katibi əlavə edib ki, Putin və Ərdoğan arasında planlaşdırılan görüşün gündəmində Ukrayna və taxıl müqaviləsi olacaq. 

Turan İSMAYIL