Fransa 700-dən çox insanı Nigerdən təxliyə etdi

 22:46 02.08.2023     337

Fransa Hərbi Hava Qüvvələri indiyədək 700-dən çox insanı Nigerdən çıxarıb. 

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi tviter səhifəsində məlumat yayıb.

"Üç xüsusi reys daxil olmaqla, 736 nəfər, o cümlədən 498 fransız Nigerin paytaxtı Niameydən çıxarılıb", - məlumatda bildirilir.

Ölkədən evakuasiya könüllü olub, səfirliyə qeydiyyatda olan 1,2 min fransızdan cəmi 600-ə yaxını Nigeri tərk etmək istəyini ifadə edib.

Yusif  EYVAZLI