18 illik evlilik sona çatır: Kanadanın baş naziri arvadından boşanır

 22:44 02.08.2023     224

Kanadanın Baş naziri Castin Trüdo və həyat yoldaşı Sofi Qrequar 18 illik evliliklərinə son qoymaq qərarına gəliblər.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, bununla bağlı Castin Trüdo mməlumat yayıb.

Trüdo cütlüyünün 18 illik evliliklərindən 15 yaşlı Ksavye, 14 yaşlı Ella-Qreys və 9 yaşlı Hadrien adlı üç övladı var.

Humay İSGƏNDƏRLİ