Polşa ilə Ukrayna arasında ziddiyyətlər daha da artacaq - Peskov

 22:48 02.08.2023     368

Polşa ilə Ukrayna arasında münasibətlərdə ziddiyyətlər gələcəkdə daha da artacaq. 

Redaktor.az “izvestya”ya istinadən xəbər verir ki, bu barədə avqustun 2-də Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Polşalıların Ukraynaya qarşı çoxlu iddiaları var. Bizim yaxşı xatırladığımız müxtəlif tarixi hadisələr də onların münasibətlərinin müasir xarakterində dərin iz buraxıb”, - o, deyib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibinin sözlərinə görə, tarixi hadisələr və Ukrayna münaqişəsi ətrafında vəziyyət çoxlu sayda ziddiyyətlərə səbəb ola bilər ki, bu da daha da artacaq.

Yusif  EYVAZLI

Vumart və Güvən reklamı Vumart Güvən