Dünya Bankı bütün əməliyyatlar üçün Nigerə ödənişləri DAYANDIRIR

 23:03 02.08.2023     325

Dünya Bankı Nigerdəki çevrilişlə bağlı özəl sektordakı proqramlar istisna olmaqla, bütün əməliyyatlar üçün bu ölkəyə vəsaitin ayrılmasını dayandırdığını elan edib.

Bu barədə Redaktor.az “TASS”a istinadla xəbər verir.

"Biz Nigerin demokratik yolla seçilmiş hökumətini devirmək cəhdlərindən narahatıq. Buna cavab olaraq, Dünya Bankı ehtiyatla davam etdiriləcək özəl sektor tərəfdaşlığı istisna olmaqla, bütün əməliyyatlardan növbəti xəbərdarlığa qədər vəsaiti geri çəkib", - təşkilatın bəyanatında vurğulanıb.

Yusif EYVAZLI