ABŞ Nigerə hücum edəcək?

 22:59 02.08.2023     245

ABŞ administrasiyası Burkina Faso və Mali rəhbərliyinin xəbərdarlıqlarına cavab olaraq əmin edib ki, Birləşmiş Ştatlar Nigerdəki üsyançılara qarşı güc tətbiq etməyi düşünmür.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlər üçün brifinqdə deyib.

"Potensial hərbi münaqişə ilə bağlı xəbərlərlə bağlı verdiyim yeganə şərh odur ki, biz bu vəziyyəti sülh yolu ilə həll etməyə çalışırıq. Biz hesab edirik ki, bu vəziyyətin sülh yolu ilə həll edilməsi Niger xalqının maraqlarına uyğundur. Bu, bizim siyasətimizdir. Biz buna nail olmağa çalışırıq", - amerikalı diplomat bildirib.

Qeyd edək ki, bundan əvvəl Burkina Faso və Mali səlahiyyətliləri birgə bəyanat yayaraq, Nigerdəki vəziyyətə hər hansı hərbi müdaxilənin Burkina Faso ilə Mali arasında müharibə elanına bərabər olacağını qeyd etmişdilər. Onlar həmçinin silahlı qüvvələrə və Niger xalqına dəstək olaraq özünümüdafiə tədbirləri görəcəklərinə söz veriblər.

Turan İSMAYIL