Yeddi aylıq uşaq dördüncü mərtəbədən YIXILDI
Rusiyanın paytaxtı Moskvada yeddi aylıq körpə dördüncü mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb. Hadisə avqustun 2-də baş verib.
Redaktor.az “izvestya”ya istinadən xəbər verir ki, hadisə Kubinka küçəsindəki yaşayış binalarından birində baş verib.
Hazırda uşaq huşsuz vəziyyətdədir.
Yusif EYVAZLI