Ermənistanın Rusiyadakı səfiri dəyişə bilər - KİV

 10:17 03.08.2023     222

Ermənistanın Rusiyadakı səfiri dəyişə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak“ nəşri yazıb.

Nəşrin sözlərinə görə, İrəvanla Moskva arasında münasibətlərin yenidən başlanmasına ehtiyac var və münasibətlərin yenilənməsinə doğru ilk addım səfirlərin dəyişdirilməsi olacaq.

İlk növbədə ermənilər Rusiyadakı diplomatik missiyanın rəhbəri Vaqarşak Arutyunyanı dəyişməyi planlaşdırır.

Arutyunyanın əvəzinə İrəvanın deputat Qurgen Arsenyanı Rusiyaya səfir edəcəyi gözlənilir.