İrlandiya NATO-ya üzv olmayacaq - Baş nazir

 10:33 03.08.2023     218

İrlandiya sualtı infrastrukturu qorumaq üçün NATO ilə işləyəcək, lakin neytrallıq siyasətini saxlaycaq.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bununla bağlı İrlandiya Baş naziri Leo Varadkar açıqlama verib.

"İrlandiya artıq Daimi Struktur Əməkdaşlıq proqramında iştirak edir, onun yeni layihələr siyahısına kritik sualtı infrastrukturun mühafizəsi sistemlərinin inkişafı daxildir. Amma İrlandiya NATO-ya üzv olmayacaq və bitərəflik siyasətini davam etdirəcək",-deyə baş nazir vurğulayıb.

Humay İSGƏNDƏRLİ