"İndi vəziyyət daha da təhlükəlidir" - Polşanın baş naziri

 11:10 03.08.2023     212

Şərq cinahında yerləşən NATO ölkələri təhlükəsizlik tədbirlərini fəal şəkildə gücləndirir.

Redaktor.az "El Pais"ə istinadla xəbər verir ki, səbəb Belarusun güclənməsi və ölkədə rus "Vaqner" xüsusi hərbi şirkətinin yerləşdirilməsidir. Xüsusilə, Polşa, Litva və Latviyada bu məsələ ilə bağlı bir sıra narahatlıqlar yaranıb.

"İndi vəziyyət daha da təhlükəlidir. Bu, şübhəsiz ki, Polşa ərazisinə növbəti hibrid hücuma doğru bir addımdır”, - Polşanın baş naziri Matuesz Moravietski deyib.

Bundan əvvəl Polşanın Müdafiə Nazirliyi Belarusla sərhəddə qoşunların mövcudluğunu artırmaq qərarına gəlib. Buna səbəb respublikanın helikopterlərinin ölkənin hava məkanını pozmasıdır. Nazirlik həmçinin əlavə qüvvə və vasitələrin, o cümlədən döyüş təyyarələrinin səfərbər edilməsi ilə bağlı göstəriş verib.

Belarus helikopterlərinin Polşa ilə hava məkanını pozması ilə bağlı məlumat avqustun 1-də ortaya çıxıb. “Zet” radiostansiyasının məlumatına görə, təyyarənin ekipajları Belovejya vilayətində respublikanın 3 km dərinliyində uçub və geri qayıdıblar. Polşa Xarici İşlər Nazirliyi insidenti sərhəddə gərginliyin qəbuledilməz artması adlandırıb. Nazirlik Belarusun müvəqqəti işlər vəkili Aleksandr Çesnovskiyə zəng edərək vəziyyəti izah etməyi tələb edib.

Turan İSMAYIL