İstanbulda qayıq yandı

 11:46 03.08.2023     229

İstanbulun Pendik rayonunda qayıqda yanğın baş verib.

Redaktor.az xəbər verir ki, 11 metr uzunluğundakı "Asya K" qayığında naməlum səbəbdən yanğın baş verib.

Alovun digər qayıqlara keçməsinin qarşısını almaq üçün yanan qayıq, marina əməkdaşları tərəfindən kiçik qayıqlarla açıq yerə çəkilib.

Qayıqdakı alov yanğınsöndürənlər, dəniz polisi və sahil mühafizə qrupları tərəfindən nəzarət altına alınıb. Xəsarət alan olmasa da, qayığa maddi ziyan dəyib.