ABŞ Nigerdəki səfirliyini qismən köçürür
ABŞ iyulun 26-da çevrilişin baş verdiyi Nigerdəki səfirliyini müvəqqəti olaraq qismən boşaltmaq qərarına gəlib.
Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama yayıb.
Millier bildirib ki, səfirlik məhdud xidmətlər göstərməyə davam edəcək.
Humay İSGƏNDƏRLİ