Ukrayna 20-dən çox Rusiya dronunu zərərsizləşdirdi

 12:40 03.08.2023     198

Ukrayna ordusu 3 saat davam edən hava hücumu zamanı Kiyev və ətrafında 20-dən çox Rusiya dronunu zərərsizləşdirib.

Redaktor.az CNN-ə istinadən xəbər verir ki, məlumatı Ukrayna hava hücumundan müdafiə qüvvələri yayıb. Kiyev şəhəri hərbi administrasiyasından bildirilib ki, Rusiya artıq ardıcıl səkkizinci gündür ki, İran istehsalı “Şahed” dronları ilə paytaxt Kiyevə hücumlar edir.

Hücum nəticəsində dağıntı və ya xəsarət alanlar barəsində məlumat verilməyib.