Lukaşenkonu mühafizə edən helikopterlər Polşa ərazisinə daxil oldu

 13:46 03.08.2023     264

Belarus Prezidenti Aleksandr Lukaşenkonu mühafizə edən helikopterlər Polşa ərazisinə daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə Polşanın sabiq Baş naziri Vlodzimierz Çimoşeviç “RMF FM” radiosunun efirində bildirib.

Onun fikrincə, bu ayın 1-də Polşanın hava sərhədini pozan iki helikopter Belarus Prezidentinin mühafizəçilərinə məxsus olub.

Sabiq hökumət başçısı bildirib ki, Lukaşenko həmin vaxt Polşa-Belarus sərhədindən 7 km aralıda yerləşən Belovej ərazisindəki iqamətgahına gedib:

“Mən istisna etmirəm ki, bu, qəsdən törədilən əməldir, lakin təsadüfən baş verməsi də mümkündür”, - deyə Çimoşeviç əlavə edib.

Xatırladaq ki, 1 avqustda Polşa hökuməti Belarusa məxsus 2 hərbi helikopterin Polşanın hava sərhədini pozduğunu açıqlayıb. Həmin gün ölkənin müdafiə naziri Mariuş Blaşzak Belarusla sərhəddə hərbi qulluqçuların sayını artırmaq və təhlükəsizliyin döyüş helikopterləri ilə gücləndirilməsi barədə göstəriş verib (apa).